Bakı Gənclər Mərkəzinin daxilində fəaliyyət göstərən “Sağlam həyat klub”-un aktiv üzvləri Respublika Velotreki ilə tanış oldular.


Bugün, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası (AVF) tərəfindən Respublika Velotrekinə (@velosiped_telimi_seherle ) infotur təşkil olunub. 20-dən çox gəncin iştirak etdiyi turda gənclərimiz idman qurğusu ilə yaxından tanış olublar. Onlar yarış treki, yarış velosipedləri, fitnes zalı, velosipedə aid muzeydə olub, idmançıların məşqlərini izləyib, həmçinin mütəxəssislərin nəzarətində velosiped sürüblər.

Republika Velotrekinin direktoru Tamerlan Salahov və AVF-nin üzvü Səhər Mehman gənclərə velosiped idman növü, təhlükəsizlik qaydaları və Azərbaycan Velosiped Federasiyasının fəaliyyəti haqqında məlumatlar veriblər.

Respublika Velotrekinə təşəkkür edirik! 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir