Bakı Gənclər Mərkəzinin daxilində fəaliyyət göstərən “Sağlam həyat klubu”-nun təşəbbüsü ilə “Sağlam Gənclik Naminə” adlı əyləncəli-idman tədbiri həyata keçirilmişdir

Qeyd edək ki, “Sağlam Gənclik Naminə” layihəsinin proqramına yerindən uzunluğa tullanma, 100 metr məsafəyə qaçış, press, jim, squat və s. kimi hərəkətləri əhatə etmişdir

Gənclərimiz sadalanan idman normativləri arasında öz gücünü, məharətini göstərərək ən yüksək nəticə əldə etdilər

“Sağlam Gənclik Naminə” adlı əyləncəli-idman tədbiri zamanı gənclərimizi su ilə təmin etdiyinə görə “Badamlı” Təbii Mineral Süfrə Suyu-na (@badamli1947) təşəkkürümüzü bildiririk
Nəzərə çatdırmaq istəyirik ki, Bakı Gənclər Mərkəzin daxilində fəaliyyət göstərən klublarımız tam ödənişsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir