Bakı Gənclər Mərkəzinin “Fəxri qonaq” layihəsinin qonağı “Qarabağ “ordenli polkovnik-leytenant Ehtiram Məmmədov olmuşdur.

Dəyirmi masa ətrafında keçirilən görüşü, giriş sözü ilə açan Mərkəzin direktor müavini Günay Talıbova şanlı qələbənin cənab Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruq siyasəti ətrafında birləşən xalqımızın birliyi, qazilərimizin sağlamlığı, şəhidlərimizin canı bahasına qazanılmasından danışdı. Sonra sözü “Qarabağ “ordeni ilə təltif olunmuş qazi, polkovnik-leytenant Ehtiram Məmmədova verdi. Ehtiram Məmmədov keçdiyi çətin amma şərəfli döyüş yolundan bəhs edərək, gənclərə öz tövsiyələrini verdi. O, ərazi bütövlüyümüzün məhz qəhrəmanlarımızın vətənə olan sonsuz sevgi sayəsində bərpa olunmasını vurğuladı.
Gənclərin maraq dolu suallarını cavablandıran polkovnik-leytenant Ehtiram Məmmədov vətən sevgisinin ali və şərəfli bir hiss olduğunu vurğulayaraq gəncləri vətənpərvər olmağa, vətəni candan artıq sevməyə səslədi.

Sonda gənclərlə birlikdə xatirə şəkili çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir