Əziz gənclər! Bakı Gənclər Mərkəzinin təşəbbüsü ilə 10 dekabr Ümummilli lider Heydər Əliyev-in anım gününə həsr edilmiş “Tarix heç nəyi silmir” adlı Nə? Harada? Nə zaman? intellektual yarış keçiriləcəkdir.
İntellektual yarışın məqsədi, Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevin siyasi kursu ilə tanışlıq, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıq haqqında maariflənməkdir.
Yarış ümumi təhsil müəssisələrini əhatə edəcəkdir. İştirak etmək üçün hər universitet 5 nəfərlik komanda yaradaraq, komandanın kapitanı qeyd olunan nömrə ilə əlaqə saxlayaraq adını siyahıya qeyd edə bilər 😊
📍Qeydiyyatdan keçmək üçün əlaqə: +994774640255
