Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 12 may 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev ilə “Tarixi nailiyyətlərin qazanılmasında gənclərin rolu” mövzusunda gənclərlə görüşü keçirilmişdir

Tədbir zamanı deputat Naqif Həmzəyev gənclərin həm yerli həm beynəlxalq sferada qazandığı uğurlardan, onların bu yolda addımlaması üçün güc və motivasiyadan, gənc nəslin inkişafı və onların mükəmməl vətəndaş kimi yetişməsinin sivil cəmiyyətlərdə qarşıya qoyulan məsələlərdən biri olması ilə bağlı ümumi məlumat verib, eləcə də qəhrəman gənclərimizin qanı ilə yazılmış qələbə salnaməsi haqqında diskussiya şəklində maarifləndirici müzakirələr aparıb.

100-ə yaxın gəncin iştirak etdiyi tədbirin sonunda böyük rəğbətlə qarşılanan deputat, ona ünvanlayan sualları cavablandırıb.

Sonda xatirə şəkli çəkildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir