Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Avrasiya Kombat Ciu-Citsu Federasiyanın prezidenti, DİN-nin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri bədən tərbiyəsi və idman işçisi Rəsul Məmmədov tərəfindən “Şəxsi təhlükəsizlik və özünümüdafiə” mövzusunda təlim keçirilib.

100-ə yaxın gəncin iştirak etdiyi təlim nəzəri və praktiki hissədən ibarət olub.

Nəzəri hissədə əlbəyaxa döyüş sənətlərindən tarixi məlumatlar, onların xüsusiyyətləri və gündəlik həyatımızda şəxsi təhlükəsizliyimizin vacibliyindən bəhs edilib.

Praktiki hissədə isə, gənclər küçədə qarşılacağınız hər hansı təcavüz və hücuma qarşı effektiv cavab və davranış, fəndlər və əksfəndlər, Azərbaycan Respublikasının Qanunlara uyğun olaraq özünümüdafiə və son zərurət çərçivəsində hücum edən şəxsi zərərsizləşdirmək üsullarını öyrəniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir