- Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin Zəfər gününə həsr olunmuş “Vətən Uğrunda” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilmişdir.
Yarışda 10 fərqli Gənclər Təşkilatların komandaları intellektual bilik və dünya görüşünü möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə keçirilən yarışda öz mübarizələrini aparmışdır.
Çətin və əzmkar eləcə də maraqlı keçən yarışın sonunda “BİR könüllü” təşkilatını təmsil edən komanda 1-ci yerin sahibi olmuşdur. AFFA könüllüləri və Azərbaycan Skaut Assosiasiyasını təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerin sahibi olmuşdur.
Yarışda iştirak edən bütün komandalara təşəkkür edir, qalib komandaları təbrik edirik!






