Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə qəhrəman şəhidimiz Murad Nağıyevin əziz xatirəsinə həsr olunmuş “Esse müsabiqəsi” elan edir!

Vətəni qorumaq – İnsanın yetişə biləcəyi şərəfin zirvəsidir. Şəhidlər o zirvənin əbədi sakinləridirlər. Bizlər daim çalışa, uğurlar qazana, Vətənə fayda gətirə bilərik, amma heç vaxt heç birimiz Şəhidlərin olduğu zirvədən yuxarı qalxmayacağıq. Bu səbəbdən biz hər zaman Şəhidlərimizi tanitdirmalı və daim adlarını uca tutmalıyıq🇦🇿🇦🇿

Təsadüfi deyil ki, Bakı Gənclər Mərkəzi də daim ilk tutduğu prioritet məhz qəhrəman şəhidlərimiz, vətən keşiyini qoruyan şanlı ordumuzdur. Onlardan biridə Şəhid leytenant, tank komandiri Murad Nağıyev-dir🙏🇦🇿

Qeyd edək ki, yazılan “Esse” yazıları münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, və qaliblər elan olunaraq diplomlar ilə təltif ediləcəkdir📩🗒️

Yazdığınız “Esse” yazıları “bakuyouthcenter@gmail.com” mail ünvanına göndərməyiniz vəya Bakı Gənclər Mərkəzinə təhvil verməyiniz kifayətdir📩

🗓️Son tarix: 10 yanvar 2023-cü il

Hər kəsə uğurlar!📣

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir