Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə qəhrəman şəhidimiz Murad Nağıyevin əziz xatirəsinə həsr olunmuş “Qayıtsaydım” adlı film təqdimatını elan edir!

Vətəni qorumaq – İnsanın yetişə biləcəyi şərəfin zirvəsidir. Şəhidlər o zirvənin əbədi sakinləridirlər. Bizlər daim çalışa, uğurlar qazana, Vətənə fayda gətirə bilərik, amma heç vaxt heç birimiz Şəhidlərin olduğu zirvədən yuxarı qalxmayacağıq. Bu səbəbdən biz hər zaman Şəhidlərimizi tanitdirmalı və daim adlarını uca tutmalıyıq🇦🇿🇦🇿

Bu səbəbdən qəhrəmanımız Murad Nağıyevin əziz xatirəsinə ithaf olunmuş filmi izləməyiniz üçün hər birinizi 12 fevral saat 15:00-da Bakı Gənclər Mərkəzinə dəvət edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir