Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Qələbə uzaqda deyil” konfransı baş tutdu.

29 sentyabr tarixində Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin təbliği İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn tərəfindən vətənpərvərlik mövzusunda “Qələbə uzaqda deyil” konfransı baş tutdu.

Konfrans “Əsgərə salam” aksiyası və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükut ilə başladı. Giriş sözü ilə çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva iştirakçıları şəhidlərimizin qanının yerdə qalmayacağını, tez bir zamanda Azərbaycanın ərazibütövlüyünü bərpa edəcəyini, qələbə qazanacağını bildirdi.

Daha sonra ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn çıxış edərək bildirdi ki, qələbə uzaqda deyil! Daha sonra gənclərlə Vətənimizin şanlı tarixi haqqında müzakirələr aparıldı. Gənclərin tariximizi dərindən bilməsini, Vətənini sevməsini, qorumasını, informasiya müharibəsində güclü olmasını, sosial şəbəkələrdə diqqətli olub, düşmənə sirr verməməsinin əhəmiyyətini vurğuladı və qəhrəmanlarımızın şərəfinə şüarlar səsləndirildi.

Qarabağ veteranı, ehtiyatda olan polkovnik-leytenant Rafael Əsədulov gücümüzün birliyimiz olduğunu, hərkəsin döyüşə hazır olduğunu, qələbənin uzaqda olmadığını bildirərək, gənclərə uğurlar və gözəl gələcək arzuladı.
Sonda gənclər Vətən mövzusunda şeirlər səsləndirdilər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir