Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Gənclər Mərkəzinin nümayəndəsi şəhid Murad Nağıyevin həyat yoluna dair mətni iştirakçıların diqqətinə çatdırdıqdan sonra onun döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara…” adlı sənədli film nümayiş etdirilib.
Tədbirdə qazilər, şəhid ailələri, millət vəkilləri Fazil Mustafa, Elman Nəsirov, Sabunçu rayon sakinləri, şəhid Murad Nağıyevin təhsil aldığı məktəbin nümayəndəsi və şagirdləri iştirak etmişdir