Bakı Gənclər Mərkəzinin təşkilatçılığı Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş intellektual yarış həyata keçirilib.

Gənclər üçün Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş Nə? Harada ? Nə zaman? intellektual yarışı keçirilib. Yarışın qaydalarına əsasən, gənclər mərkəzdə yerləşən Heydər Əliyev Muzeyinə infotur edərək Ümummilli liderin həyat və siyasi fəaliyyəti barədə məlumatlar toplamışlar.

Ardınca Yarışa başlanılmış və müvafiq suallar verilmişdir. Gənclər topladığı bilikləri yarışda nümayiş etdirmişdir.

İntellektual yarışın məqsədi, Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevin siyasi kursu ilə tanışlıq, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında maariflənməkdir.

Yarışın sonunda qalib komanda hədiyyələrlə təltif ediliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir