Bakı Gənclər Mərkəzinin və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutu

Tədbirdə ilk öncə Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Gənclər Mərkəzinin direktor müavini Günay Talıbova tədbiri açıq elan edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin vacibliyini vurğulayıb. ☺️
Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Bakı Gənclər Mərkəzinin heyətinə minnətdarlığını bildirib.

Tədbir zamanı bir sıra təhlükəli xəstəliklərin yaratdığı problemlərdən danışılıb. Gənclərimizə hepatit B, D, C eləcə də vərəm kimi təhlükəli xəstəliklərdən necə qorunmalı olduqları barəsində məlumat verdilər. Həmçinin elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.

Tədbirin sonunda gənclərə mövzuyla bağlı bukletlər, kovid infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanıb.
Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Bakı Gənclər Mərkəzinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir