Bakı Gənclər Mərkəzinin Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsiləvi tədbirləri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımı Qan Yaddaşımızda” adlı tədbir keçirilmişdir.

Tədbirdə natiq qismində Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru Emin Əliyev və Xocalı soyqırımının şahidi Valeh Hüseynov iştirak etmişdir.

İlk öncə Azərbaycan Respublikasının himni səsləndi, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva tədbirin açılış nitqini səsləndirərək tələbə gənclərə Xocalı həqiqətlərini çatdırdı. Onları bu faciəni unutmamağa səslədi.

Açılış nitqindən sonra Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışdı, Xocalı Soyqırımının beynəlxalq platforma üzrə dünyaya aşılanmasından bəhs etdi.

Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru Emin Əliyev Xocalıda baş vermiş kütləvi qırğınlardan, ziyanlardan söz açdı, tarixi faktlardan danışdı.

Xocalı Soyqırımının şahidi Valeh Hüseynov Xocalı ilə bağlı xatirələrini, şahidi olduğu məqamları iştirakçıların diqqətinə çatdırdı. Sonda Valeh bəy gənclərə öz tövsiyələrini bildirdi.

Xocalı şəhidlərini ehtiramla yad edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir