Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı Gənclər Mərkəzin könüllüləri Şirvanşahlar Sarayına ekskursiya ediblər.

Şirvanşahlar Sarayı:

Orta əsrin ən gözəl abidələrindən biri olan bu saray 15-ci əsrin əvvəlində tikilib. Onu “Daşda donmuş simfoniya” , “Xəzərin incisi” adlandırırlar.
I Xəlilullah bu abidəni anası və oğlu üçün tikməyi əmr etdi.Sarayın binası Bakıdakı təpənin ən yuxarı hissəsində, Bakının “Qala” adlandırılan ən qədim hissəsində yerləşir.

Sarayın ikimərtəbəli binasında 50 fərqli ölçüdə və çevrədə otaqlar mövcuddur, onları üç dolama pilləkən birləşdirir. Böyük şişbucaq portal həyətdən birbaşa hündürdəki ikinci mərtəbənin günbəzlə örtülmüş səkkizbucaqlı dəhlizə aparır. Onun ardınca kiçik, yenə səkkizguşəli vestibül gəlir və bu vestibül onu sarayın digər otaqları ilə birləşdirir. Səkkizguşəli otaqdakı oyuqların çat-çat çıxıntıları aşağı mərtəbə ilə danışıq əlaqəsi sazlamaq məqsədi güdürdü. İkinci mərtəbədəki 25 otaqdan yalnız 16-da günümüzədək qorunub saxlanılıb. Binanın 27 otaqdan ibarət aşağı mərtəbəsi qulluqçular və təsərrüfat ehtiyatlarının saxlanması üçün nəzərdə tutulubmuş. O, günümüzə XV əsrdə — tikildiyi vaxtda olduğu kimi gəlib çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir