Teknofest-2022 texnologiya festivalı, Azərbaycanın günümüzədək keçirilən ən böyük texnologiya festivalıdır
Festivalda nümayiş olunacaq:
– Baku Skills müsabiqəsi
– “Rocket League” üzrə Avropa kuboku
– “Yaşıl” texnologiyalar müsabiqəsi
– Sosyal yönümlü texnologiyalar müsabiqəsi
– Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi
– Sailplaner müsabiqəsi
– Aqrar texnologiyalar müsabiqəsi
– “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi
– “Smart Qarabağ” Hakatonu
– Robotexnika müsabiqəsi
Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
Tədbirinin 2022-ci ilin 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılıb.
