Bu gün Bakı Gənclər Mərkəzində “Özünü tanı” psixoloji təlimi keçirildi.
Təlimdə Könül Osmanova gəncləri praktiki texnikalarla tanış etdi. Bu texnikalardan istifadə edərək gənclər öz potensiallarını və bacarıqlarını kəşf edə bilərlər. Eyni zamanda məqsədlərinə doğru gedən yolda daxili motivasiyalarını bərpa etməyin yollarını öyrəndilər. 40-a yaxın gəncin iştirak etdiyi təlim əyləncəli oyunlarla və psixoloji testlərlə yadda qalıb.
Əziz gənclər, əgər siz də özünüzü inkişaf etdirərək, yeni dostlar qazanmaq istəyirsinizsə, təlimlərimizi qaçırmayın. Bakı Gənclər mərkəzində hər həftə müxtəlif mövzularda təlimlər keçirilir.












