Dəyərli gənclər, Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən klublara qeydiyyat açıq elan edilir


Siz bu klublara qoşularaq fərqli tədbirlər həyata keçirəcək, layihələr yazmış olacaq, yeni biliklər, dünyagörüşü, unudulmaz anlar, xoş xatirələr və dostluqlar əldə edəcəksiniz. Hər bir klub ayrı-ayrılıqda yeni konsepsiyalar həyata keçirmiş olacaq.

Beləliklə klublarımız:
1. İnformasiya Texnologiyaları və İnnovasiya Klubu (İT təlimlər, robototexnika, startup, innovativ həllərin tətbiqi)
2. Vətənpərvərlik Klubu (Vətənpərvərlik istiqamətində layihələr (qazilərlə görüş, silahla rəftar, atıcılıq, hərbi yarışlar))
3. Yaradıcılıq Klubu (Teatr tamaşaları, musiqi dərsləri və tədbirlər, rəsm dərsləri, Türk Sənət Akademiyası)
4. Təlim və İnkişaf Klubu (Şəxsi inkişaf təlimləri, yeni trend mövzularda görüşlər və seminarlar, xarici dil dərsləri)
5. Sağlam Həyat Klubu (Sağlamlıq və idmanın təbliği, layihələr, açıq havada yoqa günləri)
6. Könüllü Gənclər Klubu (Tədbir və layihələrdə könüllülərin iştirakı)
7. Asudə Vaxt Klubu (Kiber idman (video oyunlar), idman yarışları, kino günləri, müasir teatrlar, kütləvi əyləncəli «teambuilding» yarışları)
8. Təbiət Dostları Klubu (Ekoloji layihələr, eko fəaliyyətlər, heyvanlara qayğı, ətraf mühitin qorunması istiqamətində işlər)
9. İntellektual Gənclik Klubu (İntellektual yarışların təşkili, mütaliə ilə bağlı təbliğat layihələri, şagirdlər üçün fənn sınaqları, yerli və regional fənn olimpiadaları)

Əgər siz də həyatınızda və kariyeranızda önəmli biliklər, strategiyalar qazanmaq istəyirsinizsə, iş həyatınızda hazırlıqlı olmaq istəyirsinizsə bu konsepsiya sizin üçündür.
Bütün klublarda fəaliyyət tam ödənişsizdir. Yaş həddi 14-29 yaş aralığındadır.

Qeydiyyat linkini əldə etmək üçün şərh bölməsində “+” qoyaraq əldə edə bilərsiniz. Əgər hər hansı sualınız olarsa “+99499 304 45 94” nömrəsi ilə əlaqə saxlaya və ya səhifənin mesaj qutusuna yaza bilərsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir