Dəyərli gənclər, Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən klublara qeydiyyat davam edir 😍

Siz bu klublara qoşularaq fərqli tədbirlər həyata keçirəcək, layihələr yazmış olacaq, yeni biliklər, dünyagörüşü, unudulmaz anlar, xoş xatirələr və dostluqlar əldə edəcəksiniz. Hər bir klub ayrı-ayrılıqda yeni konsepsiyalar həyata keçirmiş olacaq.

 

Beləliklə klublarımız:
1. İnformasiya Texnologiyaları və İnnovasiya Klubu (İT təlimlər, robototexnika, startup, innovativ həllərin tətbiqi) 👨🏻‍💻
2. Vətənpərvərlik Klubu (Vətənpərvərlik istiqamətində layihələr (qazilərlə görüş, silahla rəftar, atıcılıq, hərbi yarışlar))💂🏻‍♀️🧑🏻‍✈️
3. Yaradıcılıq Klubu (Teatr tamaşaları, musiqi dərsləri və tədbirlər, rəsm dərsləri, Türk Sənət Akademiyası)✏️🖼️
4. Təlim və İnkişaf Klubu (Şəxsi inkişaf təlimləri, yeni trend mövzularda görüşlər və seminarlar, xarici dil dərsləri) 👥🎨
5. Sağlam Həyat Klubu (Sağlamlıq və idmanın təbliği, layihələr, açıq havada yoqa günləri)🧘🏻‍♂️🧘🏻‍♀️
6. Könüllü Gənclər Klubu (Tədbir və layihələrdə könüllülərin iştirakı) 🙋🏻‍♂️🙋🏻‍♀️🙏🏻
7. Asudə Vaxt Klubu (Kiber idman (video oyunlar), idman yarışları, kino günləri, müasir teatrlar, kütləvi əyləncəli «teambuilding» yarışları)🤩🎞️💎
8. Təbiət Dostları Klubu (Ekoloji layihələr, eko fəaliyyətlər, heyvanlara qayğı, ətraf mühitin qorunması istiqamətində işlər)🖼️⛺🏕️
9. İntellektual Gənclik Klubu (İntellektual yarışların təşkili, mütaliə ilə bağlı təbliğat layihələri, şagirdlər üçün fənn sınaqları, yerli və regional fənn olimpiadaları)🔮🎎

Əgər siz də həyatınızda və kariyeranızda önəmli biliklər, strategiyalar qazanmaq istəyirsinizsə, iş həyatınızda hazırlıqlı olmaq istəyirsinizsə bu konsepsiya sizin üçündür.
Bütün klublarda fəaliyyət tam ödənişsizdir. Yaş həddi 14-29 yaş aralığındadır. 🎯🎖️

Qeydiyyat linkini əldə etmək üçün  “+99499 304 45 94” nömrəsi ilə əlaqə saxlaya bilərsiniz📩📨

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir