Dəyərli gənclər, Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən yeni klublara qeydiyyat açıq elan edilir

Siz bu klublara qoşularaq fərqli tədbirlər həyata keçirəcək, layihələr yazmış olacaq, yeni biliklər, dünyagörüşü, unudulmaz anlar, xoş xatirələr və dostluqlar əldə edəcəksiniz. Hər bir klub ayrı-ayrılıqda yeni konsepsiyalar həyata keçirmiş olacaq.

Beləliklə klublarımız:
1. İnnovasiya Klubu (İT təlimlər, robototexnika)
2. Vətənpərvərlik Klubu (Mədəni-tarixi fəaliyyətlər, milli dəyərlərin təbliği fəaliyyətləri, azarkeşlik fəaliyyətləri)
3. Yaradıcılıq Klubu (Teatr tamaşaları və ŞHK, instrumental ifa kursları, rəsm kursları, rəqs kursları)
4. Təlim və İnkişaf Klubu (Təlim, seminar, görüşlər, xarici dil kursları, intellektual oyunlar, debat yarışları, karyera məsləhət xidməti)
5. Analitik tədqiqat Klubu (Araşdırma fəaliyyətləri, statistika və analitika kursları)
6. Sosial fəaliyyələr Klubu (Eko fəaliyyətlər, kino seansları, sağlam həyat tərzinin təbliği fəaliyyətləri, könüllülük fəaliyyətləri, əyləncəli oyunlar)

Əgər siz də həyatınızda və kariyeranızda önəmli biliklər, strategiyalar qazanmaq istəyirsinizsə, iş həyatınızda hazırlıqlı olmaq istəyirsinizsə bu konsepsiya sizin üçündür.
Bütün klublarda fəaliyyət tam ödənişsizdir. Yaş həddi 14-29 yaş aralığındadır.

Hazır olun, ən qısa müddətdə hər klub üçün qeydiyyat linki açılacaqdır