Dünya Kibertəhlükəsizlik sahəsində Azərbaycan imzası

Ölkə gənclərinin kibertəhlükəsizlik sahəsində inkişafına dəstək olmaq, xüsusən, bu sahənin ən təməllərindən onlara tədris etmək bizlərin əsas məqsəd və məramlarından olmuşdur. Bu məqsədləri həyata keçirən Bakı Gənclər Mərkəzi və Kiber Təhlükəsizlik Platformasının ən öndə gələn təlimçiləri hər zaman gənclərimizin qazandıqları uğurlarda böyük pay sahibi olmuşlar.

Bu gün bu uğurun əsas pay sahibi, Mərkəzimizdə yerləşən Kibertəhlükəsizlik Akademiyasının Baş Təlimçisi Məmməd Rəhimzadədir.

Dünyaca məşhur Almaniya avtomobil şirkəti “Mercedes-Benz”-in dünyanın dört bir yanından iştirakçıların qatıldığı “Zəifliklərin Aşkar Olunması Proqramı” (VULNERABILITY DISCLOSURE PROGRAM) çərçivəsində aparılan proqramda WEB SAYT sistemləri daxilində (Subdomain Takeover) hücum boşluğu aşkar edərək şirkət tərəfindən rəsmi təsdiq almışdır.

Bununla yanaşı Məmməd Rəhimzadə 2022-ci il üzrə “Mersedes-Benz”-in VULNERABILITYl DISCLOSURE PROGRAM daxilində yerləşdirdiyi Beynəlxalq (HALL OF FAME) Şərəf Lövhəsində ilk Azərbaycanlı (Ethical Hacker) olaraq qeyd olunmuş və ölkəmiz adına çox önəmli uğur qazanmışdır. Məmməd Rəhimzadə bu ilin əvvəllərində də dünyanın önəmli şirkətlərindən olan “Keepface” , “Youtube”, “Metaflueance”, “Urban Company”, “Yemeksepeti” və digər bənzər platformalarda bu cür zəifliklər aşkar etmişdir.

Bakı Gənclər Mərkəzi ailəsi adından dəyərli təlimçimiz Məmməd Rəhimzadəyə gələcək karyerasında uğurlar arzu edirik.

Bakı Gənclər Mərkəzi, Kiber Təhlükəsizlik Platforması və ALLSAFE Siber Güvenlik şirkətinin kibertəhlükəsizlik mütəxəssislərindən ibarət heyət tərəfindən Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının tələbələrinə “Web Uygulama Güvenliği “ adı altında təlim proqramı keçirilmişdir.

Bakı Gənclər Mərkəzi, Kiber Təhlükəsizlik Platforması və ALLSAFE Siber Güvenlik şirkətinin kibertəhlükəsizlik mütəxəssislərindən ibarət heyət tərəfindən Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının tələbələrinə “Web Uygulama Güvenliği

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara…” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad