Bakı Gənclər Mərkəzi 2018-ci ildə Sabunçu İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutmuş açılış mərasimində gənclərin istifadəsinə verilmişdir.
Mərkəzin fəaliyyəti gənclər üçün vacib olan 2 əsas istiqamət – gənclərin məşğulluğu və əlaqələrin qurulması istiqamətlərini əhatə edir. Bu istiqamətlər çərçvəsində gənclər üçün karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirak, təcrübə proqramları, TOT təlimləri, təlim və görüşlər, layihələr məktəbi, təkmilləşdirmə proqramları sahəsində fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılmışdır.
Mərkəzin zəngin maddi-texniki bazası gənclərin özlərini rahat hiss etməsi, öyrənməkdən zövq alması və axtardığı informasiyanı vaxtında tapa bilməsinə hesablanmışdır.