“Virtual İnkişaf” proqramı çərçivəsində psixoloq, sertifikatlaşdırılmış kouç, yoqa instruktoru Ruqiyyə Əşrəfli tərəfindən “Gələcəyə baxış” mövzusunda onlayn vebinar baş tutdu.
Motivator rolunda çıxış edən Ruqiyyə Əşrəfli gənclər üçün maraqlı və faydalı olan bir sıra mövzulara toxunaraq, gəncləri özünü inkişafa, həyata baxışını dəyişməyə və sağlam həyat tərzinə çağırdı.