“Gəlincik yoxsa Gəlinlik?” mövzusunda vebinar

“Virtual İnkişaf” layihəsi çərçivəsində “Gəlincik yoxsa Gəlinlik?” mövzusunda çıxış edən növbəti qonağımız “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Klinik psixoloqu Şahin Əliyev olub. Vebinarın keçirilməsində məqsəd gənclər arasında daha çox yayılan erkən nikah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılması, insan hüquqlarının pozulması, zorakılıq halları, gənclərin hüquqlarının müdafiəsi və ailə ilə olan bağların gücləndirilməsidir.