Düşərgə formatında keçirilən təlimlərdə nazirliyin əməkdaşı, dosent Oqtay Quliyev tərəfindən araşdırma metodları, tədqiqat prosesi, anketlərlə məlumat toplama və digər mövzular əhatə olunacaq. Düşərgədə nazirliyin əməkdaşı Elşən Qəhrəmanov tərəfindən gənclərlə işin təşkilinə dair təlimlər də təşkil olunacaq.
Təlim proqramın məqsədi növbəti mərhələdə Gənclər Evlərinin araşdırma mərkəzləri kimi fəaliyyətini formalaşdırmaq, gənclərin davranış və maraq dairələrini tədqiq etmək, strateji addımlar üçün metodiki təhlillərə əsaslanmaqdır.



























