“HackBaku” ilk genişmiqyaslı milli kibertəhlükəsizlik yarışması keçirilib

Bakı Gənclər Mərkəzi və Kiber Təhlükəsizlik Platformasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk genişmiqyaslı “HackBaku” milli kibertəhlükəsizlik yarışması keçirilib.

Ölkəmizdə kibertəhlükəsizliyin inkişafına və bu sahədə olan gənclərə dəstək vermək məqsədilə keçirilən yarışın proqramı üç əsas istiqamətdə “CTF”, “Fikir yarışması” və “Bug Bounty” təşkil olunub. 216 nəfərdən seçilən 23 iştirakçı qeyd edilən istiqamətlər üzrə öz bacarıqlarını göstəriblər.

Yarışda informasiya təhlükəsizliyi sahəsinin nümayəndələri, “Zəfəroğlu” şirkətlər qrupunun rəhbəri və Gəncə İş Adamları Birliyinin sədri Zəfər Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Şahin Əliyev, Rabalon şirkətinin təsisçi rəhbəri Ramin İsgəndərov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İKT LAB Tətbiq və Tədris Mərkəzinin baş mütəxəssisi Ayaz Kərimov, “Academy Club” və “Pera Games” şirkətinin təsisçi və icraçı direktoru Atıl Samancıoğlu, Gais kibertəhlükəsizlik şirkətinin təsisçi və icraçı direktoru Osman Doğan, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov, “Karmasis Kibertəhlükəsizlik və Müdafiə Sistemləri” şirkətinin direktoru Berna Baysal, eləcə də startap və biznesin inkişafı sahəsində fəaliyyət göstərən şəxslər iştirak ediblər.
Sonda qalib olan iştirakçılara dəyərli hədiyyələr təqdim olunub. Yarışa informasiya təhlükəsizliyi sahəsinin mütəxəssisləri, dövlət və qeyri-hökumət nümayəndələri, təhsil müəssisələrinin məhsul şəxsləri, media təmsilçiləri və gənclər qatılıblar.

Tədbirlə bağlı videonu youtube kanalından və ya https://www.youtube.com/watch?v=4b9k9Z1F6C4 linki vasitəsi ilə izləmək mümkündür.

Bakı Gənclər Mərkəzi, Kiber Təhlükəsizlik Platforması və ALLSAFE Siber Güvenlik şirkətinin kibertəhlükəsizlik mütəxəssislərindən ibarət heyət tərəfindən Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının tələbələrinə “Web Uygulama Güvenliği “ adı altında təlim proqramı keçirilmişdir.

Bakı Gənclər Mərkəzi, Kiber Təhlükəsizlik Platforması və ALLSAFE Siber Güvenlik şirkətinin kibertəhlükəsizlik mütəxəssislərindən ibarət heyət tərəfindən Kiber Təhlükəsizlik Platforması Kibertəhlükəsizlik Akademiyasının tələbələrinə “Web Uygulama Güvenliği

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyevin döyüş yoluna həsr edilmiş “Qayıtsaydım, gedib qayıtmayanlara, yarımçıq qalanlara…” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatına həsr edilmiş tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad