HAQQIMIZDA

Bakı Gənclər Mərkəzi Sosial Xidmət Müəssisəsi gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkili, mövcud potensiallarının üzə çıxarılmasını nəzərdə tutur.
Bakı Gənclər Mərkəzi gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini, mövcud potensiallarının üzə çıxarılmasını həyata keçirməklə ölkəmizdə insan kapitalının inkişafına töhfə verən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmət Müəssisəsidir. Bakı Gənclər Mərkəzi 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq ölkə gənclərinin istifadəsinə verilmişdir. Mərkəzin fəaliyyəti gənclər üçün vacib olan 2 əsas istiqamət – gənclərin məşğulluğu və əlaqələrin qurulması istiqamətlərini əhatə edir. Biz BGM olaraq: gənclər üçün karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirak, təcrübə proqramları, təlimləri, təlim və görüşlər, layihələr məktəbi, təkmilləşdirmə proqramları sahəsində fəaliyyətlərin həyata keçirilməsini planlaşdırırıq. Bakı Gənclər Mərkəzinin zəngin maddi-texniki bazası gənclərin özlərini rahat hiss etmələri, öyrənməkdən zövq almaları və axtardığı informasiyanı vaxtında tapa bilmələrinə hesablanmışdır.

MƏRKƏZ