HR Academy

HR kursu iqtisadiyyatın müasir vəziyyəti haqqında fundamental biliyə malik, strateji inkişaf məntiqinin və biznesin işinin dərin anlayışına malik, qeyri-standart düşünə bilən və təşkilatın keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edə bilən elit rəhbərlərin hazırlanması üçün nəzərdə tutulmuşdur. Onları inamlı liderlik keyfiyyətləri, biznes-layihələrin işlənib hazırlanması və idarə edilməsində səmərəlilik, resursların və məsuliyyət sahələrinin savadlı bölgüsü fərqləndirir. Ümumi idarəetmə üzrə təhsil müasir rəhbərlərin hazırlanmasının əsasını adlandırmaq olar. Onun universallığı menecerlərə istənilən fəaliyyət sahələrində və istənilən səviyyədə fəaliyyət azadlığını və peşəkarlığını təmin edir-söhbət dövlət və regional idarəetmədən, yaxud müəssisənin, şirkətin və onların bölmələrinin idarə olunmasından gedir. Proqram üzrə təlim zamanı bizim kurslarda menecmentə interaktiv tədrisin ən mütərəqqi metodları və formaları tətbiq edilir: treninqlər, işgüzar oyunlar, konkret halların təhlili (case-study), fəal qrup tədqiqat işi (seminar) və digər formalar.

Proqram haqqında:
HR mütəxəssisin iş başında istifadə edəcəyi biliklər praktiki təlimlər sayəsində qısa müddətdə mənimsənilir. Şirkətdə kadr siyasətinin formalaşdırılması, iş analizi metodları, vəzifə təlimatlarının hazırlanması, karyera planlaması, işə qəbul prosesi, performans idarəetmə sistemi, əməkdaşların inkişaf etdirilməsi, motivasiya sistemləri, əmək haqqının formalaşması, rəsmi əməliyyatlar, kargüzarlıq və digər vacib mövzular peşəkar təlimçi tərəfindən tədris olunur.

Əsas xüsusiyyətlər:

  • Sınaqdan keçmiş kurs proqramı
  • Peşəkar müəllimlər
  • Yüksək şəraitə sahib dərs otaqları