Yusif Allahverdiyev 2006-cı ildə Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirmişdir. 2002-2004-cü il tarixlərində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində, 2004-2006- cı illərdə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində, 2007-2009-cu il tarixlərdə Bakı şəhəri Səbail rayon məhkəməsində, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 2011-2014-cü illərdə özəl sektorda hüquqşünas, baş hüquqşünas kimi fəaliyyət göstərib. Onun fəaliyyətinin əsas istiqamətlərini korporativ hüquq, kommersiya hüququ, əmlak və əşya hüququ təşkil edir. O, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, Mediasiya Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Şəxsi əlaqə