Övladınızın məntiq və təfəkkürünü inkişaf etdirmək, nitqini formalaşdırmaq, əylənərək düşünmək bacarığını artırmaq, söz ehtiyatını zənginləşdirmək, nitq mədəniyyətinin inkişafını, fiziki və psixi inkişafın formalaşmasını istəyirsinizsə, sizi ibtidai sinif hazırlığımıza dəvət edirik.
Proqram haqqında:
Mərkəzimizdə təşkil edilən ibtidai sinif hazırlığı dərsləri övladlarınızın aparıcı 3 fənn üzrə-riyaziyyat, ana dili və həyat bilgisi hazırlığını nəzərdə tutur. Hazırlıq səviyyəsi haqqında valideynlərə həftəlik məlumat verilir. Əlavə olaraq hazırlıqda iştirak edən şagirdlərimiz üçün aylıq yoxlama imtahanları da təşkil edilir.
Siz övladınızı bizim mütəxəssislərimizə əmanət edirsiniz, onların bütün dərslərinə yaxından köməklik edildiyinə və inkişafına şahid olursunuz.
Əsas xüsusiyyətlər:
- Sınaqdan keçmiş kurs proqramı
- Peşəkar müəllimlər
- Yüksək şəraitə sahib dərs otaqları