İlk dəfə Bakı Gənclər Mərkəzində təlim “FORUM TEATR” üslubunda keçiriləcək.


12 saatlıq nəzərdə tutulmuş “Davamlı inkişaf” proqramı çərçivəsində yeni təlimlərə start verilir.

Beləki, proqram çərçivəsində ilk mövzumuz “Effektiv Ünsiyyət Bacarıqları”-nı əhatə edərək, sizlər FORUM TEATRI üslubunda keçirilən təlimlərdə nitq mədəniyyətinizi, səmərəli ünsiyyət vərdişlərinizi inkişaf etdirməklə yanaşı, sizi narahat edən məsələləri yaradıcı formada müzakirə edərək arzularınıza çatmağın yollarını da öyrənəcək, öz istedadlarınızı və arzularınız kəşf edə, uğurlu olmağın sirrləri ilə tanış ola biləcəksiniz.

Bizim təlimlərdə siz, eləcə də aşağıdakı bilik və bacarıqları əldə edəcəksiniz:
Düzgün qərar vermək
Müstəqil fikir yürütmək
Özünü ifadə etmək (verbal və qeyri-verbal yollarla hissləri, fikirləri və
ideyaları ifadə etmək)
Analiz etmək
Problemlərin alternativ həlli yollarını tapmaq (məsələlərə fərqli
prizmalardan baxa bilmək)
Müşahidə və müqayisə etmək
Komandada çalışmaq və s.

Təlimçi haqqında:
Arzu Soltan – təlimçi, kommunikasiya mütəxəssisi, Bakı Uşaq və Gənclər
Teatrının ssenaristi və Forumclubun rəhbəri, “Azərbaycan məktəbi” jurnalının baş
redaktorudur. Uşaqlar və böyüklər üçün onlarla tamaşanın, televiziya verilişlərinin, serialların,
filmlərin ssenari müəllifi, Azərbaycan və ingilis dillərində məqalələrin, kitabların
müəllifidir. Azərbaycanda və dünyanın bir çox ölkələrində Forum teatrı metodu
ilə müxtəlif mövzularda uşaqlar və böyüklər üçün təlimlər verir 

Son qeydiyyat tarixi: 30.09.2022
Dərslər başlayır: 01.10.2022

(+99451) 547-46-71
Muxtar Fətəliyev40/89 (Bakı Gənclər Mərkəzi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir