“İlkin anlayışlar və Biznes reallıqları” mövzusunda master classa

Əziz gənclər! Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə maliyyə və Mühasibatlıq sahəsinə gənc kadrlar tərəfindən göstərilən böyük marağı nəzərə alaraq, bu sahədə peşəkarlar tərəfindən 19 noyabr saat 17:00-da təşkil ediləcək “İlkin anlayışlar və Biznes reallıqları” mövzusunda master classa hər birinizi dəvət edirik.

Siz bu təlimdə maliyyə, mühasibat və auditin biznesdəki yeri, önəmi və bir-biri ilə əlaqəsi haqqında öyrənməklə yanaşı, karyeranızı hansı sahə üzrə qurmaq istədiyinizlə bağlı fikir formalaşdıracaqsınız.

Master Classda əhatə olunacaq:
Maliyyə və Mühasibatın Biznesdəki rolu
Mühasibatlığa giriş
Audit nədir?
Maraq, bacarıq və hədəflərə görə düzgün istiqamət
Bizim proqram haqqında
İnteraktiv sessiya (Sual-cavab)

Təlimçilərimiz haqqında məlumat
Tural Ağayev Azərbaycan Dövlət Iqtisad Universitetinin Beynəlxalq Iqtisadi Münasibətlər fakültəsi üzrə Xüsusi Istedadlar Qrupunda təhsil almışdır. ACCA tam kvalifikasiyasına malik Tural hazırda PwC Azərbaycan şirkətinin audit departamentində baş menecer olaraq çalışır.

Nəzrin Əhmədova Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində Mühasibat Uçotu və Audit üzrə təhsil almışdır. Hazırda ACCA üzrə təhsilini davam etdirən Nəzrin PwC Azərbaycan şirkətində audit üzrə mütəxəssis kimi fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir