İndoneziya Respublikasının Azərbaycandakı səfiri Husnan bəy Fananie tanışlıq məqsədilə, Bakı Gənclər Mərkəzində olub.

İndoneziya Respublikasının Azərbaycandakı səfiri Husnan Bey Fananie tanışlıq məqsədilə, Bakı Gənclər Mərkəzində olub.
Görüş cənab səfirin Heydər Əliyev guşəsini ziyarətlə başlayıb. Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva səfirə Bakı Gənclər Mərkəzinin fəaliyyəti, daxili imkanları, hazırkı vəziyyətdə onlayn fəaliyyət göstərməsi barədə məlumatlar verib.
Cənab səfir  Husnan Bey Fananie ona göstərilən yüksək diqqətə görə öz təşəkkürünü bildirib, gələcəkdə xalqlar arasında dostluq və humanitar əlaqələrin daha da inkişaf etdirilməsində Bakı Gənclər Mərkəzinin mühüm rolunun olacağını bildirib.
Bundan sonra gələcəkdə birgə əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıqlar aparılıb. Görüşün sonunda tərəflər biri-birinə qiymətli hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir