İyulun 21-də Bakı Gənclər Mərkəzində “ƏKİNÇİ” milli mükafatının təqdimetmə mərasimi keçirilib.


Milli mətbuatımızın 147-ci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, o cümlədən Milli Məclisin deputatları,
müxtəlif qurumların mətbuat xidmətlərinin rəhbərləri, media nümayəndələri, Vətən
müharibəsi iştirakçıları və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək başlayıb, ölkəmizin ərazi
bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.

Sonra “Əkinçi” qəzetinin tarixindən bəhs edən səhnəcik nümayiş etdirilib.

Uzun və keşməkeşli yol keçən Azərbaycan mətbuatının ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğu,
Ulu Öndərin mətbuata xüsusi diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Tədbirin ən maraqlı məqamı isə mükafatların öz sahiblərinə qovuşması ilə başlayıb.
Öz sahəsində fəaliyyəti ilə seçilənlərə – mətbuat xidmətlərinin rəhbərləri və media
nümayəndələrinə, həmçinin Vətən müharibəsində şücaəti ilə fərqlənən bir neçə
qaziyə “ƏKİNÇİ” milli mükafatı təqdim olunub.
Media nümayəndələri həmçinin Bakı Gənclər Mərkəzinin fəaliyyətindəki dəstəyinə görə təşəkkürnamə ilə təltif olunublar.
Mükafatlandırma mərasimi bədii hissə ilə davam edib, incəsənət xadimlərinin
repertuarında müxtəlif musiqi nömrələri səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir