Kəşf et, yarat, əylən

“Şah İsmayıl Xətai” Vətənpərvərlik Klubu
Dövlətimizin gənclər siyasətinin əsas məqsədi də məhz gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətini yüksəltməkdən ibarətdir. Bizim də “Şah İsmayıl Xətai” klubunu yaratmaqda məqsədimiz vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görməkdir.

Oxu klub
Ən sevilən yazarların əsərlərinə birlikdə səyahət etmək və bu səyahəti Coffee &book house-da sonlandırmaq. Siz də bu imkanlara sahib ola bilərsiniz və bu sizin üçün tam zamanıdır.

Yaradıcılığını kəşf et
Yaradıcılıq nədir? Bəziləri bunun ruhun təzahürü olduğunu söyləyəcək, digəri şeir, musiqi, rəsm əsərlərini sıralayacaq, üçüncüsü bunu stereotiplərdə fasilə adlandıracaq. Şeir yazır və ya oxuyursunuzsa, musiqi alətləri çalırsınızsa, şəkil çəkdirirsinizsə, necə çəkməyi bilirsinizsə və ya sadəcə eyni düşüncəli insanlarla vaxt keçirtmək istəyirsinizsə – o zaman sizi gözləyirik! Bakı Gənclər Mərkəzinin “Yaradıcıliq klubu” özünü ifadə etmək və mədəni istirahət üçün bir platformadır. Mərkəzimizin bu klubu sizə yaradıcı tərəfinizi kəşf etmək və inkişaf etdirmək fürsətini verir. Yaşamaq və yaratmaq üçün bizimlə birlikdə “Yaradıcılığını kəşf et

Kino klubu
Film izləmək, xüsusilə, keyfiyyətli film izləmək və onu fərqli düşüncə tərzinə malik insanlarla analiz etmək sizə yeni bir baxış bucağı qazandırmaqda faydalıdır. Mərkəzdə keçirilən kino günləri sizə həm səmərəli vaxt keçirmək, həm də özünüzü inkişaf etdirmək fürsətini verir. Fərqli bir dünyaya səyahət etməyin həzzini Mərkəzin kino günləri klubuna üzv olaraq alın!

“Gənc İntellekt” klubu
Gənclik intellektinə güvəniləcək bir ordudur! Bakı Gənclər Mərkəzinin “Gənc İntellekt”lər kimi güclü bir ordusu var. Yarandığı qısa dövr ərzində bir sıra turnirlərə, intellektual yarışlara, intellektual hərəkatın inkişafına öz töhfəsini vermişdir. Əgər siz də sosial fəaliyyətə qoşulmaq, intellektinizi sınamaq, dünyagörüşünüzü artırmaq, aktiv həyat tərzi keçirmək istəyirsinizsə bu fürsəti qaçırmayın “Gənc intellekt” ordusunun sıralarına qoşulmağa tələsin!

“Səhnədə Sən” Aktyorluq Klubu
Möcüzələrin şehrində sevgini, realliqlarin əhatəsində isə özünü kəşf edə bilərsən! Bəzən elə məqamlar olur ki, sən tam fərqli obrazda olursan! Çünkü Sən “Səhnədə Sən”. Əziz dost! Sən də unikal tamaşaların qəhrəmanına çevrilmək, teatr sənətinin incəliklərinə yiyələnmək, emosiyalara nəzarəti, natiqliq sənətini öyrənməyə həvəslisənsə Mərkəzimizin “Səhnədə Sən” aktyorluq klubuna üzv ol!

“Xarı Bülbül” Xeyriyyə Klubu
Biz bu yola ən azından bir insanı belə xoşbəxt edə bilmək üçün çıxdıq. Bu yolda bizə dəstək olan sizlərsiz

Conversation Club
Vaxtını səmərəli keçirmək istəyən gənclər Londonun Wales Universitetində təhsil almış Siddiq Ahmad tərəfindən İngilis dili Conversation Cluba qoşula bilərlər.