Sizlər üçün kiber dünyanın ən dərinliklərinə daxil oluruq. Sizdə istədiyiniz və ya arzu ediyiniz kimi professional kibertəhlükəsizlik mütəxəssisi olmaq istəyirsinizsə mərkəzimizdə yerləşən Kiber Təhlükəsizlik Platformasının Kibertəhlükəsizlik Akademiyasının tədris kurslarından qeydiyyatdan keçməyə tələsin. Xatırlatmaq istəyirik ki, kurslar ölkənin ən böyük kibertəhlükəsizlik mərkəzi Kiber Təhlükəsizlik Platforması və Platformanın xüsusi professional təlimçi və mütəxəssis heyəti tərəfindən aparılır. Heyətə bu sahədə xüsusi layihələr icra etmiş məşhur kibertəhlükəsizlik mütəxəssisi, dünyanın aparıcı sertifikatlarından biri olan Apple Certificate IOS Technicians, CEH v9 və CCNA sertifikatına sahib Şahin Aliyev rəhbərlik edir.
Proqram haqqında:
Təlimlər kibertəhlükəsizlik sahəsində “Offensive Security” və “Deffensive Security” olmaqla iki istiqamətdə reallaşdırılır. Red Team (Offensive Security) “Cyber Security Fundamentals” “Ethical Hacking Fundamentals” “Ethical Hacking Professionals” və Blue Team (Deffensive Security) “Incident Response Fundamentals” “Incident Response Professionals” “Threat Hunting”. 9 aylıq professional proqram daxilində bütün tədris kursları ümumiləşdirilmiş olaraq tədris olunur. Əlavə olaraq bu kursların hər birində xüsusi laboratoriya şəraitində tədris olunmaqdadır.
Təlimçilər:
Cyber Security Fundamentals – Hüseyn Qadaşov (eJPT)
Ethical Hacking Fundamentals – Məmməd Rəhimzadə (IBM, CEH)
Ethical Hacking Professionals – Əhməd Hacılı (OSCP)
Cyber Security Fundamentals – Nicat Qəşədərli (eJPT)
Proqramı uğurla başa vuran iştirakçılara EC-Council tərəfindən təsdiq edilmiş beynəlxalq akkreditasiyaya sahib yerli peşəkar kibertəhlükəsizlik sertifikatları CSFC, EHFC, EHCP təqdim olunur və iş axtaran namizədlərə işəgötürənlərə tövsiyədə dəstək verilir.
Proqram: 9 ay / 3 ay Cyber Security Fundamentals / 3 ay Ethical Hacking Fundamentals / 3 ay Ethical Hacking Professionals
Təlim müddəti: 1 aylıq 36 saat / hər dərs 2 saat
Əsas xüsusiyyətlər:
- Xüsusi kurs proqramı
- Peşəkar müəllimlər
- Kibertəhlükəsizlik laboratoriyası
- İnglis dili
- Staj proqramı
- Hücum və müdafiə simulasiya tədbiqləri
- CTF yarış proqramları
- Professional sertifikatlaşdırma proqramları
- Beynəlxalq tədris metodları