Kino günləri
Film izləmək, xüsusilə, keyfiyyətli film izləmək və onu fərqli düşüncə tərzinə malik insanlarla analiz etmək sizə yeni bir baxış bucağı qazandırmaqda faydalıdır. Mərkəzdə keçirilən kino günləri sizə həm səmərəli vaxt keçirmək, həm də özünüzü inkişaf etdirmək fürsətini verir. Fərqli bir dünyaya səyahət etməyin həzzini Mərkəzin kino günləri klubuna üzv olaraq alın!