“Layihə təklifinin hazırlanması” mövzusunda təlim

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov tərəfindən “Virtual inkişaf” layihə çərçivəsində fəal gənclər üçün “Layihə təklifinin hazırlanması” mövzusunda baş tutan təlimdə gənclərə layihə planlaşdırılması və layihə mərhələləri, problemin qoyuluşu, layihənin əsaslandırılması, layihənin məqsəd və vəzifələri, görüləcək işlər və layihənin icra metodologiyası haqqında geniş məlumat verilib və mövzu ətrafında sualları cavablandırılıb.

Təlimdə gəncləri düşündürən aktual mövzulara, cəmiyyətdə mövcud olan bir sıra sosial məsələlərə nəzər salınıb və onların layihə çərçivəsində həlli ilə bağlı praktiki aspektlərinin təhlilləri aparılıb.