“Mənim Azərbaycanım” adlı intellektual yarış

27 dekabr 2020-ci il tarixində Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Yeni dövrün Yeni könüllüləri”nin iştirakı ilə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə onlayn formatda “Mənim Azərbaycanım” adlı intellektual yarış həyata keçirilib.

İntellektual yarışda 10 komanda üzrə ümumilikdə 50 gənc iştirak edib və 5 mövzu üzrə iştirakçılara moderator tərəfindən suallar ünvanlanıb.

Gərgin mübarizə şəraitində keçən oyunda 3 komanda Final mərhələsinə keçmək haqqı qazanmışdır. 🤓Final mərhələsində ARES komandası qalib gəlib.

Qaliblərimiz diplomla, digər iştirakçılar isə sertifkatla təqdim ediləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir