Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş tanışlıq məqsədilə, Bakı Gənclər Mərkəzində olub.

Görüş cənab səfirin Heydər Əliyevin kəlamları və imzası olan su saatını nümayişlə başlayıb. Ardınca Bakı Gənclər Mərkəzinin istedadlı gənclərindən ibarət rəqs ansamblı tərəfindən rəqs kompozisiyası nümayiş olunmuş daha sonra isə Mərkəzin son ildə keçirdiyi tədbirlərini əks etdirən videoçarx göstərilib.

Daha sonra Heydər Əliyev guşəsini ziyarət edən cənab səfir, onun həyatı və siyasi fəaliyyəti və xalqa verdiyi töhfələri ilə tanış olublar. Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva səfirə Bakı Gənclər Mərkəzinin fəaliyyəti, daxili imkanları, klubları, gənclərimizin yaradıcılığı ilə bağlı məlumatlar vermiş, Mərkəzin daxilində gedən fəaliyyətləri ilə daha yaxından tanış etmişdir.

Cənab səfir Məhəmməd Adil Embarş ona göstərilən yüksək diqqətə görə öz təşəkkürünü bildirib, gələcəkdə xalqlar arasında dostluq və humanitar əlaqələrin daha da inkişaf etdirilməsində Bakı Gənclər Mərkəzinin mühüm rolunun olacağını bildirib.

Bundan sonra gələcəkdə birgə əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıqlar aparılıb. Görüşün sonunda tərəflər biri-birinə qiymətli hədiyyələr təqdim edib və xatirə şəkli çəkdiriblər