Mayın 4-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev dövlət, qadın və gənclər siyasətinin müəllifidir” mövzusunda konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.


Sonra ümummilli lider H. Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışıb. YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycanda dövlət qadın siyasətinin əsasının ümummilli lider H. Əliyev tərəfindən qoyulduğunu bildirib.


O vurğulayıb ki, Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün örnəkdir.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Pərvin Kərimzadə qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir.


YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. O həmçinin qeyd edib ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək tarix yazdı.
Konfransda Bakı Gənclər Mərkəzinin direktor müavini Arzu Əzizova çıxış edərək gəncliyin inkişafı ilə bağlı həyata keçirilən proqramların əhəmiyyətindən danışıb. O, eyni zamanda Bakı Gənclər Mərkəzinin bu istiqamətdə reallaşdırdığı layihələr və tədbirlər haqqında məlumat verib.


Konfransın sonunda Ulu öndər H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Unudulmaz gün” adlı sənədli film nümayiş olunub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir