Belə ki, MGIMO-ya qəbul olmaq istəyən namizədlər üçün, MGIMO tələbələri tərəfindən keçiriləcək ödənişsiz dərslərə seçim turuna qeydiyyat təşkil olunur. Seçilmiş namizədlər MGIMO-ya hazırlıq üçün onlayn olaraq, ödənişsiz dərslərdə iştirak haqqı qazanacaqlar.
Qeyd edək ki, MGIMO Rusiyanın ən nüfuzlu universitetlərindən biridir. Hər il ölkənin hər yerindən on minlərlə abituriyent Beynəlxalq Münasibətlər Universitetinə daxil olmaq arzusunda olur. Məşhur məzunlar, güclü pedaqoji kollektiv, gələcək karyerada böyük perspektivlər MDBMİ-nin bir çox məktəbli və tələbələrin arzusu olmasının səbəblərindən yalnız bir neçəsidir.
İştirak edəcək bütün namizədlərə uğurlar diləyirik!
•••
Əlaqə məlumatlarımız:
+994 (012)-454-91-48
xazarge@mys.az
Şüvəlan qəs. A.İldırım küçəsi, 1-ci dalan ”5B”
