✅
Əziz gənclər, bildiyiniz kimi, hal-hazırda narkomaniya-ağ ölüm ölkəmizin ən aktual problemlərindən biridir.💉🩸
⚠️Xüsusilə də gənclərimizin bu pis vərdişin aludəçisinə çevrilməsi riski hər birimizi narahat edir.
Bu səbəblə narkomaniya ilə mübarizə məqsədilə Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə 26 noyabr 2021-ci il, saat 15:30-da tədbir həyata keçiriləcəkdir.〽️
✅ Tədbirin ilk hissəsində narkomaniya ilə mübarizə məqsədilə lentə alınmış “Bəla” filmi nümayiş etdiriləcəkdir. İkinci hissədə isə psixoloq və narkoloqların diskusiya şəklində maarifləndirici söhbəti baş tutacaqdır.
🗓Tarix: 26 noyabr
🕞Saat: 15:30
📍Bakı Gənclər Mərkəzi
Hər bir gəncimizi həm film izləməyə, həm yaradıcı heyət ilə görüşə dəvət edirik.
