Nizami Gəncəvi-880 | Bakı Gənclər Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” kimi qeyd olunmaqdadır.

Bakı Gənclər Mərkəzi olaraq Tarixin damarlarından süzülüb gələn, əsrlərdir hikmətini dəyişməyən Nizami Gəncəvi irsinin təbliği altında silsilə layihələrimizə “Nizami Gəncəvi – 880” adlı promo video ilə start veririk!

Nizami Gəncəvinin gələcək nəsillər üçün qoyduğu ən böyük mirasa – “Xəmsə”yə geniş yer ayrılmış promo video növbəti layihələr üçün carçı rolunu oynayır.

Layihələrimizdə yaxından iştirak etmək istəyən bütün istedadlı gəncləri aramızda görməkdən məmnunluq hissi duyardıq!

Çəkilişdə göstərdiyi dəstəyə görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və istedadlı üzvümüz Ağaəli Kərimzadəyə (@ali._kerimzade ) öz dərin təşəkkürlərimizi bildiririk!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir