Qrafik dizayn hər hansı bir mesajın müəyyən bir auditoriyaya çatdırılması üçün mətbəə, fotoqrafiya, illüstrasiyalardan və s. istifadə edərək vizual məlumatın çatdırılması üsuludur. Bunu vizual kommunikasiya da adlandırmaq olar.
Qrafik dizayn yalnız texnoloji mühitdə yaradıla bilən bir məhsuldur, buna görə, o, təsəvvür etdiyimiz bir məhsulu kompüterdə müxtəlif proqramlardan istifadə edərək çəkdiyimiz, meydana gətirdiyimiz dizayndır. Corel Draw, Adobe Photoshop, Adobe İllustrator, Adobe İnDesign və digər proqramları mükəmməl səviyyədə öyrənmək istəyən, qrafik dizayner peşəsini seçmək istəyən və ya biliyini artırmaq istəyən qrafik dizaynerləri, həmçinin bu sahə üzrə yüksək səviyyədə nəzəri və praktik biliklər əldə etmək istəyənləri standart və professional paket formasında təqdim olunan qrafik dizayn kurslarında iştiraka dəvət edir.
Qrafik dizayn dərslərində öyrənəcəyiniz proqramlar:
- Adobe Illustrator
- Adobe InDesign
- Adobe Photoshop
Dərslər fərdi və kiçik qruplarda olmaqla sırf praktik əsaslarla tədris olunduğu üçün bu kursu bitirərək rahatlıqla qrafik dizayner olaraq çalışa biləcəksiniz.
