Qarabağ Azərbaycandır!

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə dövlətimizə və ordumuza dəstək naminə “Qarabağ Azərbaycandır!” adlı video-çarx hazırlanmışdır.


Layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstəyimizi nümayiş etdirmək və vətənpərvərlik hissinin təbliği, gənclərimizin hər an səfərbərliyə hazır olduğuna diqqətin artırılmasından ibarətdir.

Gənclərimizin vətənpərvərlik ruhunun yüksəkliyi bizi əzəli torpaqlarımıza daha da yaxınlaşdırır! Biz bu yolda hər bir şeyi gözə alan gənclərimizlə birlikdə güclüyük! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir