Qazaxıstan könüllüləri Bakı Gənclər Mərkəzində qonaq olublar.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əməkdaşlığı çərçivəsində könüllülük sahəsində təcrübə mübadiləsi məqsədilə Qazaxıstan könüllülərinin ölkəmizə səfəri təşkil edilib

Səfərin sonuncu günündə könüllülər Gənclər Təşkilatlarının Resurs mərkəzləri ilə yanaşı Bakı Gənclər Mərkəzinə gələrək burada gənclərin inkişafı üçün yaradılan şəraitlə yaxından tanış olub, ölkəmizin aparıcı gənclər təşkilatlarının fəaliyyətləri haqqında ətraflı məlumat əldə ediblər. 🤓

Bakı Gənclər Mərkəzinin könüllüləri və mərkəzin infrastrukturu, fəaliyyəti ilə tanış olan qazaxıstanlı gənclər çox məmnun qalıblar.🥰

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir