Qurban bayramı münasibəti ilə xeyriyyə aksiyası baş tutub

30 iyul tarixində dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə mərkəzimiz tərəfindən təşkil olunmuş xeyriyyə aksiyası baş tutub.

Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə kimsəsiz, ahıl, yetim, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdən sayılır. Qurban bayramının sevincini qaçqın, köçkün soydaşlarımıza,maddi sıxıntı cəkən insanlara yaşatmaq, özəlliklə pandemiya şəraitində ehtiyacı olan insanlara könül xoşluğu ilə bayramı qeyd etmək imkanı yaratmaq Allaha xoş gedən savab əməllərdəndir. Bu məqsədlə, mərkəzimizin təşkil etdiyi aksiyada  imtiyazlı və aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir