Rəsm kursları

Moda eskiz-Siz bu təlimlərdə iştirak edərək bədən quruluşu və proporsiyası, geyim stilləri haqqında məlumat, parçanın növ və materialları eləcə də müasir tarixi və milli geyimlər haqqında hər bir mövzuya artıq hakim olacaqsınız.

Akademik rəsm təlimləri – qabiliyyət imtahanlarına hazırlaşan abituriyenlər və yaxud bu sənətin dərinliklərini mənimsəmək istəyən, bilik və bacarıqlarını daha da peşəkar səviyyəyə yetirmək arzusunda olanlar üçün nəzərdə tutulmuşdur.

Həvəskar rəsm təlimləri –  üzrə qeydiyyatdan keçən hər bir kəs ilkin baza biliklər əsasında, qurma, ölçü, forma, həcm və s mövzularda praktiki biliklərə yiyələnəcək, eyni zamanda mərhələlər üzrə proqram sonunda e-Sertifikat əldə edəcəkdir. Artlife həvəskar rəsm təlimlərinə qoşulmağı arzu edən kəs müxtəlif texnikalarla – istəkdən asılı olaraq sadə qələm, sulu boya, pastel, yağlı boya və s olaraq müxtəlif mövzularda öz əsərlərini yarada bilər. Peşəkar rəssam komandamız ilə birgə yaradıcı mühit, həzin atmosfer, yeni dostlar səni gözləyir.

 intellektual rəsm təlimləri – Təlimlər təyin edilən proqram əsasında mərhələlərlə tədris edilir və hər bir uşağa onun ehtiyac və maraq dairəsindən dolayı individual yanaşılır. Hər mərhələ sonunda imtahan ilə sertifikat verilir. Növbəti mərhələyə keçən balaca rəssamın proqramı bir qədər daha dərinləşir.

Bu təlimlərə 3+ yaşdan yuxarı uşaqlar qoşula bilər. 3 ayı əhatə edən ilk mərhələdə uşaqlara rəssamlıqda olan baza biliklərdən məlumat verilir. Rəng koloriti, janrlar, üslublar kimi nəzəri biliklərlə yanaşı, ölçülər, işıq, refleks və kölgənin həlli, simmetriya, perspektiv kimi praktik qabiliyyət tələb edən bacarıqlar da aşılanmağa çalışılır.

Bundan əlavə sosial inkişafı təmin etmək məqsədilə uşaqlar üçün  müsabiqələr, sərgilər təşkil olunur. Müxtəlif master klasslar ilə və eləcə də uyğun olduqca milli və dünya təsviri incəsənətindən nümunələr göstərilir ki, bu da onların ümumi dünyagörüşü və intellektual səviyyəsinin artımına xidmət edir.