“Virtual İnkişaf” proqramı çərçivəsində marketinq sahəsində 14 illik peşəkar təcrübəyə sahib mütəxəssis Əli Bədəlov tərəfindən təşkil olunan “Reklam və PR sahəsinin incəlikləri” mövzusunda onlayn vebinar baş tutdu.
Gənclər reklam və PR sahəsi üzrə suallarını cavablandıran Əli Bədəlov eyni zamanda Səhiyyə sahəsində böhran, Böhran dövründə reklam və PR-ın rolu, daxili və xarici PR kimi mövzular üzrə gənclərlə fikir mübadiləsi apardı.